Bu məşhur musiqinin müəllifi vəfat etdi - audio

Bu məşhur musiqinin müəllifi vəfat etdi - audio
2799 dəfə oxunub
  • A-
  • A
  • A+

70-80-ci illərin məşhur musiqiçisi Ceyms Last 86 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Almaniyada anadan olan Ceyms daha çox instrumental musiqiləri ilə məşhurdur.

O, keçən il ağır xəstələndiyi üçün fanatları ilə görüşmək məqsədi ilə turneyə çıxıb. Son konsertlərini Londondakı "Albert Hall"da verən Ceyms Floridadakı evində ailəsinin yanında vəfat edib.

Karyerasına 1960-cı ildə başlayan C.Lastın bəstələri hər zaman hit-paradlarda ilk sıralarda qərarlaşıb. Onun ən məşhur musiqilərindən biri kimi "The Lonely Shepherd"i ("Tənha çoban") göstərmək olar.