Əvvəlcə ağlatdı, sonra könlünü aldı – videolar

Əvvəlcə ağlatdı, sonra könlünü aldı – videolar
1394 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniyalı musiqiçi Elton Con İngiltərədəki konserti zamanı nəzarətçi qadını tənbeh edərək onu ağladıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna vəzifəsi tamaşaçılara yer göstərmək olan həmin qadının ön sırada dayanan və əllərini havaya qaldırmaq istəyən izləyicilərə maneçilik törətməsi səbəb olub.

Onu dinləməyə gələnlərdən üzr istəyən Elton Con “Mən bura konsert verməyə gəlmişəm. Kim istəsə əlini qaldırar, kim istəsə oturar”, - deyə hirslənib. Daha sonra qadına “At quyruqlu xanım” şəklində müraciət edən musiqiçi onu səhnəyə çağırıb. Nəzarətçi qadın hamıdan üzr istədikdən sonra göz yaşlarını saxlaya bilməyib.

Bir qədər sonra isə Elton Con onu yenidən yanına çağıraraq yanında oturdub və deyib:

“Bu hadisədə əslində günah sizdə deyil, sizə aqressiv olmağı söyləyənlərdə və məndədir!”.

O, daha sonra qadına sarılaraq könlünü almağa çalışıb.