Cənubi afrikalı 25 yaşlı gəncin mədəsindən 227 ədəd müxtəlif metal hissələr çıxarılıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, oğlanı əməliyyat edən cərrahlar da bu hadisədən şoka düşüblər. Belə ki, mədə ağrısı şikayəti ilə xəstəxanaya yollanan gəncin rentgen nəticələrinə həkimlər inana bilməyiblər.
Onun mədəsində xeyli sayda kəsici metal hissələrin olduğu aşkarlanıb. Təcili əməliyyat edilən afrikalı oğlanın mədəsindən ümumilikdə 227 ədəd çəngəl, bolt, mismar, açar və digər əşyalar çıxarılıb.
Məlum olub ki, həmin gəncin metal yemə xəstəliyi var. Xəstəxanadan bildirilib ki, əməliyyatdan sonra o, psixoloji müalicəyə göndəriləcək.