Aktyor-şoumen Cem Yılmaz ssenaristi və rejissoru olduğu “Əli Baba və 7 cücələr” filmindən fotolar paylaşıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor yeni imici ilə diqqət çəkib. Saç-saqqalı ağardılan Cem sırğalarını və döymələrini də nümayiş etdirib.
Çəkilişləri Bolqarıstanda aparılan filmin heyətində Zəfər Algöz, Çetin Altay və İrina İvkina da yer alıblar.