Aktyor həyat yoldaşı Ben Affleklə birgə yaydığı açıqlamada boşanmağa hazırlaşdıqlarını elan edən aktrisa Cennifer Qarner Nyu-York küçələrində görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ayrılacaqlarını deyəndən sonra uşaqları və əri ilə birlikdə tətilə çıxan Cennifer bu dəfə obyektivlərə tək tuş gəlib. Diqqətçəkən məqam isə aktrisanın nişan üzüyünü barmağından hələ də çıxarmaması olub.
Qeyd edək ki, Cenniferlə Ben bu yaxınlarda 10 illik ailə həyatlarına son qoymaq qərarına gəldiklərini açıqlamışdılar. Buna səbəb isə aktyorun tez-tez qumar oynaması göstərilirdi. Cütlüyün 3 uşağı var.