ATV-də yayımlanan “Azərbaycanın səsi” musiqi yarışması davam edir.
Axşam.az-ın məlumatına görə, yarışmanın ötən günkü buraxılışında da maraqlı anlar yaşanıb.
Xalq artisti Nisə Qasımova yaxınlarının onu danladığını etiraf edib:
“İlk buraxılışlarda iştirakçıları incitmək istəmirdim, hamını seçirdim. Daha sonra isə yaxşı iştirakçılar oldu, seçdim. Beləcə, nə qədər tələbə yığmışam. Amma buna görə məni ailə üzvlərim, musiqiçilər danladılar”.
Münsif kürsüsündə əyləşən müğənni Nadir Qafarzadə isə ötən verilişə qatılmadığı üçün üzr istəyib:
“Müəyyən səbəblərdən yox idim. Qayda-qanunu pozmaq olmaz. Olmadığım üçün üzr istəyirəm. Türkiyədə idim. Bütün dostlarıma oradan hədiyyə gətirdim”.
Aparıcılığını Afaq Gəncəli və Ruslan Ağayevin etdiyi "Azərbaycanın səsi” yarışmasının münsifləri arasında əməkdar artist Elza Seyidcahan, müğənni Elton Hüseynəliyev də yer alıb.
Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.
Verilişə hər həftənin çərşənbə axşamı
"Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.
Foto: Rüstəm Balakişiyev