Onu tərk edən xanımının iti ilə məşhur oldu – fotolar
Dünya
16:23 / 08.07.15
1990dəfə oxunub
A-
A
A+
Rafael adlı şəxs 30-cu ad günündə xoşagəlməz sürprizlə üzləşib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onun xanımı Mantesso mebelindən tutmuş şəxsi əşyalarınadək hər şeyi toplayaraq ərini tərk edib. Mantesso Rafaelə itindən başqa heç nə qoymayıb.
Cimmi Çou adlı itlə nə edəcəyini başa düşməyən gəncin ağlına maraqlı ideya gəlib. O, rəsm çəkmək bacarığından istifadə edərək Cimmini dondan-dona salıb. Gün ərzində itin hərəkətlərini izləyən Rafael onun ətrafında maraqlı cizgilər yaradıb.
Şəkillər sosial şəbəkədə paylaşıldıqdan qısa müddət sonra 200 mindən çox istifadəçi gəncin İnstaqram səhifəsini izləməyə başlayıb. Oktyabrda Cimminin ən yaxşı fotosunun yer aldığı kitab da işıq üzü görəcək.