Aktyor Conni Depp Avstraliyada yerləşən uşaq xəstəxanasını ziyarət edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Karib dənizinin quldurları" filminin yeni hissəsinin çəkilişlərində iştirak edən aktyor çəkiliş meydançasına yaxın ərazidə yerləşən "Lady Cilento"ya gedərək, müalicə alan uşaqları sevindirib.
O, "Sərçə Cek"in obrazında uşaqlarla şəkil çəkdirib və onları güldürüb.