Bu gün 3 həftə əvvəl dünyasını dəyişən rus müğənni Janna Friskenin doğum günüdür.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, müğənninin 32 yaşlı həyat yoldaşı aparıcı Dmitriy Şepelev qəbr üstünə gedərək gül qoyub.
Aparıcı əlində ağ gül Jannanın qəbri qarşısında susaraq dayanıb.
Qeyd edək ki, J.Frisken və D.Şepelevin Platon adlı oğlu var.