“Kuzenlerim”, “Lise defteri”, “Eyvah babam” seriallarının məşhur siması Arda Kural bir müddətdir psixoloji gərginliklərdən yaranan şizofreniyadan əziyyət çəkir. Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, aktyorun qonşuları ondan polisə şikayət ediblər. Buna səbəb isə küçədə yaşamağa başlayan Ardanın onların uşaqlarını qorxutmasıdır.
Bir vaxtlar “Türk kinosunun Leonardo Di Kapriosu” adlandırılan aktyor 2012-ci ildə Ruhi Əsəb Dispanserində müalicə alsa da, yenidən əvvəlki vəziyyətinə qayıda bilməyib. Anası ilə birlikdə yaşayan A.Kural ev yiyəsinin tələbi ilə mənzili boşaltmalı olublar. Anası ilə dayısının evinə getmək istəməyən Arda boş mənzildə yaşamalı olub.
Lakin qonşular onun paltarlarını toplayaraq çamadanlarını binanın həyətinə qoyublar. Bu səbəbdən həyətdə yaşamalı olan Arda burada qəribə hərəkətləri ilə sakinləri qorxutmağa başlayıb.
“Hürriyət” yazarı ilə danışan Arda Kural haqqında yayılan ölüm xəbərləri haqda isə bunları deyib:
“Mən mətbuatı izləmirəm. Yaşayıram və xoşbəxtəm”.