ANS-in aparıcısı Elgiz Əkbər yeni mövsüm hazırlıqlarına başlayıb .
Axşam.az-ın məlumatına görə, sentyabrdan efirə gedəcək “Günə baxan” verilişinin studiya dizaynı yenilənib.
Studiyasının fotolarını sosial şəbəkədə paylaşan E.Əkbər “Sizlər üçün burnumun ucu göynəyir. Nəhayət, çəkilişlər başladı. Yeni studiyada çox qısa zamanda görüşəcəyik” deyə, bildirib.
Qeyd edək ki, E.Əkbər açıqlamasında yeni mövsümdə verilişin formatında bir çox dəyişikliklər ediləcəyini bildirmişdi.