Prezident İlham Əliyev bu gün Cəlilabad rayonuna səfərə gəlib.
Axşam.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan prezidentə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verib.
Ölkə başçısı daha sonra Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının açılışına qatılıb.
İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
Prezident daha sonra “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.
İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında da iştirak edib. (AzərTac)