Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dizayner Yana Nedzvetskayanın dəfiləsində modellər suyun altında podiuma çıxıblar. Modellərin hovuzun dibindəki nümayişini tamaşaçılar böyük ekrandan izləyiblər.
VİP-qonaqlar isə xüsusi hidro-kostyumlar vasitəsilə elə hovuzun dibindəcə nümayişə baxıblar.
Yana bu dəfiləyə uzun müddətdir ki, hazırlaşdıqlarını bildirib.