"Oskar"lı it öldü - fotolar

"Oskar"lı it öldü - fotolar
1752 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud filmlərində çəkilən Uqqi atlı it ölüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən 13 yaşlı "cek rassel"ın sahibi Omar fon Müller Uqqinin maraqlı həyat hekayəsini danışıb.
 
Uqqinin iki sahibi ondan imtina etdikdən sonra idarə olunmayan və tərs it heyvan təlimçisi Omarın əlinə keçir. Bundan sonra it ulduz olur.

2012-ci ildə isə sonuncu "Artist" filmi onun "karyera"sının zirvəsi olur. Film "ən yaxşı film", "ən yaxşı rejissor", "ən yaxşı kişi rolu" da daxil olmaqla 5 "Oskar" alıb.

Uqqi mükafatların təqdim edilməsi zamanı aktyorlarla bir yerdə səhnəyə çıxaraq tarixin ilk "Oskar"lı iti olub. Kann festivalında isə itin roluna görə onun üçün xüsusi nominasiya hazırlanmışdı.