Şorgözlülüyü ilə tanınan 58 yaşlı şoumen Mehmet Əli Ərbilin yeni sevgilisi aparcısı olduğu “Çarkıfelek” proqramının 21 yaşlı modeli Zeynəb Ece Akengindir. Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, Zeyneb Mehmet Əli ilə eşq yaşadığını sosial şəbəkədən elan edib:
“Açıqlama verim ki, hamı rahat olsun. Həyatımdakı yeganə adam Mehmet Əli Ərbildir və bundan sonra da belə olmağa davam edəcək. Onu tanıdığım üçün zərrə qədər də peşman deyiləm. Əksinə, şükür edirəm. Səni sevdiyimə, xoşbəxtlikdən gözlərimi güldürdüyünə görə təşəkkürümü bildirirəm. Ad günümü sevdiyim adam və ailəsi ilə qeyd etdim. Bəlkə də həyatımın ən xoşbəxt ad gününü keçirdim”.
Xatırladaq ki, Zeynəb Ece daha əvvəl İbrahim Tatlısəsin oğlu İdo ilə sevgili idi.