24 yaşlı lezbiyan modelin fotoları

24 yaşlı lezbiyan modelin fotoları
9164 dəfə oxunub
  • A-
  • A
  • A+

Son vaxtlar Qərb mediası tez-tez "Victoria's Secret"in gözəli Stella Maksvell haqda yazır.

Axşam.az Rusiya mediasına istinadən 25 yaşlı model haqda faktları təqdim edir.

Stella Şimali İrlandiyada anadan olub. Uşaqlığı Belçikada keçən Maksvelin ailəsi Avstraliyaya, sonra isə Yeni Zellandiyaya köçüb.

O, moda aləminə xoşbəxt təsadüf nəticəsində gəlib. Osaqa universitetində olanda moda agentliyi qızı görür və onu kastinqə dəvət edir. Stella sonralar kastinq haqda danışanda həmin gün çox əsəbi, gərgin və nə etməli olduğunu bilmədiyini deyir.

Lakin qısa müddətdə gənc qızın karyerası yüksəlməyə başlayır. O, ASOS, Marc Jacobs, Alexander McQueen, Giambattista Valli, Chloe, H&M, River Island və Urban Outfitters brendlərinin reklamlarında çəkilir və Vogue və ELLE kimi jurnalların üz qabığına çıxır.

Keçən il "Victoria's Secret"in diqqətini çəkən Stella yeni il dəfiləsinə dəvət alır. Bu ilin aprelində isə, o, rəsmən firmanın "mələk"lərindən biri olub.

Şəxsi həyatı ilə gündəmə gələn gənc model müğənni Mayli Sayrusla sevgilidir. Keçən ay isə lezbiyan cütlük Maylinin klip çəkilişinin kulisində görüntülənmişdilər.