Miranda Kerr 25 yaşlı milyarder sevgilisi ilə - fotolar
Dünya
18:18 / 13.08.15
4562dəfə oxunub
A-
A
A+
32 yaşlı avstraliyalı super model Miranda Kerr dünyanın ən gənc milyarderi, 25 yaşlı amerikalı iş adamı Evan Şpigelə olan sevgisini gizlətmir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük Los-Anceles hava limanında obyektivlərə tuş gəlib.
Şəxsiyyət vəsiqəsi qeydiyyatından keçərkən Miranda ilə Evan bir an olsun belə, əllərini buraxmayıblar. Sevgililər uzun-uzadı bir-birlərinin gözlərinin içinə baxıblar.
Məşhur cütlüyün paparassilərin gözü önündə rahat davranışları xüsusi diqqət çəkib.