"Arıqlamaq üçün hər gün 4 litrdən çox su içirəm" - fotolar

"Arıqlamaq üçün hər gün 4 litrdən çox su içirəm" - fotolar
8152 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur amerikalı müğənni Siara “Shape” jurnalı üçün fotokamera qarşısına keçib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən il ana olan musiqiçi idman vasitəsilə bədənini formaya saldığını deyib. O, qidalanma rejimindən bəhs edib:

“Əvvəla, mən pəhriz saxlayıramsa, müəyyən fasilələr edirəm. Yəni, qızardılmış kartof, pizza, şirniyyat belə yemək üçün özümə gün ayırıram. Bundan başqa, çoxlu su içirəm. Bu, mənə artıq çəkilərimi atmağa kömək edir. Su mənim dərmanımdır. Gündə 4 litrdən çox su içirəm. Bununla da özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, Siaranın fotosessiyası da elə idman üslubunda olub.