“Hilton” otellər şəbəkəsinin varisi, müğənni-dicey Peris Hilton hava limanında paparassilərin hədəfində olub.
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, Sardiniyaya yola düşən dicey özünün yay dəbini də nümayiş etdirib. Bozla ağın qarışığı olan uzun libas geyinən Peris “Chanel”dən çanta götürüb. İri eynək taxan Hilton İtaliyaya yola düşmək üçün sevgilisinin xüsusi təyyarəsindən istifadə edib.
Qeyd edək ki, Peris Sardiniyada partilərin birində diceylik etmək üçün İtaliyaya yollanıb.