"Lezbiyan olduğumu gizlətmək fikrim yoxdur"

"Lezbiyan olduğumu gizlətmək fikrim yoxdur"
11204 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Kristen Stüart “Nylon Magazine” jurnalının sentyabr buraxılışı üçün fotosessiya etdirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa dərgiyə müsahibəsində özü ilə bağlı maraqlı etiraflar edib. O, cinsi orientasiyası ilə bağlı narahatlıq keçirmədiyini və bunu heç kimdən gizlətmək fikrinin olmadığını deyib:

“Heç nəyi gizlətmirəm. Orientasiyam haqda Google-da axtarış verib öyrənmək də olar. Bir neçə il sonra kiminsə gey olub-olmaması insanları maraqlandırmayacaq”.

Bununla da Stüart lezbiyan olması ilə bağlı KİV-də yayılan informasiyaları təsdiq etmiş olub.

Qeyd edək ki, Kristen rəfiqəsi Alisiya Karqaylla münasibətdədir.