Müğənni yeni avtomobil alıb – fotolar

Müğənni yeni avtomobil alıb – fotolar
5189 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Hacı Nazim yeni avtomobil alıb.

Axşam.az-ın məlumatına görə, sənətçi çoxdandır "Land Rover” markalı maşın arzuladığını bildirib:

“Qiyməti elə də baha deyil. Çox sevdiyim maşındır. Çoxdandır almaq istəyirdim. Allah hər kəsə qəlbində olanları nəsib etsin. Bu günə kimi nə istəmişəmsə, əldə etmişəm”.

Bu yaxınlarda ikinci qızı dünyaya gələn Nazim yay istirahətini bölgələrdə keçirdiyini deyib:

“Ölkəmizin turizmi bizi qane edir. Ona görə də bu il Azərbaycanın bölgələrində dincəldik. Hazırda ailəmlə birlikdə Qubada istirahət edirik. Balaca qızım dünyaya gəldi deyə, xaricə gedə bilmədik”.

Qeyd edək ki, Hacı Nazimin iki qız övladı var.