Funda Arar qalmaqallı "Bağışla" haqda danışdı

Funda Arar qalmaqallı "Bağışla" haqda danışdı
4242 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bağışla" mahnısı ilə yenidən gündəmə gələn müğənni Funda Arar yeni albomu haqda danışıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, qalmaqallı mahnı haqda fikirlərini belə ifadə edib:

"Albomu hazırlayanda "Bağışla" mahnısı bizə gəldi. Demo variantını hazırladıq, sonra gözlətmədən mahnını hazır etdik. Albomun bütün digər mahnılarından seçilir, fərqli və dəyişikdir. "Bağışla" yay fəslinə uyğun gəldiyi üçün birini onu təqdim etdim. İlk dəfə albomun təqdimatından öncə sinql buraxdım. Albomu rəngləndirən mahnıdır".

Qeyd edək ki, daha öncə Miri Yusifin ifasında səslənən mahnını Funda Arar MC Muraddan icazə aldığını söyləyib. M.Yusif isə mahnının onu olduğunu və türkiyəli ifaçını məhkəməyə verəcəyini deyib. MC Murad isə M.Yusifin dəfələrlə onun müəllif hüquqlarını pozduğunu və bəstələrində müəllif kimi özünü qeyd etdiyini vurğulayıb.