Bu il daha çox ulduzların boşanması ilə yadda qalıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, daha bir məşhur cütlük - model Jizel Bündhen və idmançı Tom Bredi boşanmanın sərhədindədir.
Jizel və Tomun münasibətləri çoxları üçün ideal sayılırdı. Buna səbəb isə supermodelin sosial şəbəkədə tez-tez paylaşdığı ailəvi fotolardır. Lakin fotolarda uşaqları və əri ilə səmimi görünən Jizelin bu paylaşımları diqqəti yayındırmaq və problemi unutmaq üçün etdiyi deyilir.
Yaxınlarının dediklərinə görə, cütlük uzun müddətdir ki, problemlərlə üz-üzədir. Hətta bu müddətin illərdir davam etdiyi iddia edilir.
Əgər bütün bunlar təsdiqini tapsa, böyük səs-küy olacaq, çünki boşanma tərəflərə 460 milyon dollara başa gələ bilər.
Qeyd edək ki, 2009-cu ildə ailə quran cütlüyün Bencamin adlı oğulları, Vivian adlı qızları var.