Rusiyanın məşhur “Serebro” qrupu Bakının qonağı olub.
Axşam.az-ın məlumatına görə, qrup üzvləri dənizkənarı istirahət mərkəzlərindən birində konsert verib.
Fotolarını sosial şəbəkədə paylaşan qızlar Bakını çox sevdiklərini vurğulayıblar:
“Bakıya heyranıq. Heç bir süni külək yoxdur. Bakı küləklər şəhəridir. Bəlkə də buna görə bu şəhər belə sevimlidir. Dəli oluram. Bizə azdır. Biz Bakıda daha çox vaxt keçirmək istəyirik. Bu, bizim oxumaq istədiyimiz mahnılar deyil. Daha çoxunu səsləndirməyi arzulayırıq. Çox sağ ol Bakı. Sevgimizi necə ifadə edək bilmirəm”.
Qeyd edək ki, "Serebro” qrupu Bakıdakı konsertə görə Ermənistandakı çıxışlarından imtina etmişdilər.