Şəhərin mərkəzində yerləşən və bir vaxtlar “Azərbaycan” kinoteatrının yerləşdiyi bina sökülür.
Axşam.az-ın məlumatına görə, binanın ətrafı hasara alınıb və söküntü işləri aparılır.
Qeyd edək ki, Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov açıqlamasında həmin binanın özəlləşdirildiyini və təmirə bağlandığını bildirmişdi.