"Küçük Ağa"dan yeni serial - fotolar

"Küçük Ağa"dan yeni serial - fotolar
6316 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanal D-də yeni serial başlayır.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Erler film"in çəkdiyi, prodüseri Türker İnanoğlu, rejissoru Aydın Bulut, ssenari müəllifi isə Aylin Süer olduğu serial "Bir dəniz hekayəsi" adlanır.

Baş rollarında Begüm Birgören, Emre Kızılırmak, Emir Berke Zincidi, Ozan Çobanoğlu, Başak Parlak, Caner Kurtaran kimi adların yer aldığı ekran işinin ilk fotoları yayılıb.

"Küçük Ağa" serialının balaca ulduzu E.B.Zincidinin baş rollardan birində olması seriala marağı artırır.

Serialın mövzusu belədir:

Balaca Dəniz atası Hakanla yaşayır və o, anası Zeynəbin sağ olduğunu bilmir. İllər əvvəl Zeynəbin ailəsı narazı olduğu üçün Hakanla onu ayırıblar.

Aradan illər keçib Zeynəb əri Semihlə çıxdığı dəniz gəzintisində Dənizlə rastlaşır və onun öz oğlu olduğunu bilmir... Bundan sonra heç bir şey əvvəlki kimi olmur...