Müğənni Meray Keri sevgilisi Ceyms Pakerlə dincəldikdən sonra bu dəfə əkizləri ilə tətilə çıxıb. Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, ifaçı oğlu Morokkan və qızı Monro ilə Malibu sahillərində görüntülənib. Meray geyimi ilə diqqət çəkib.
Belə ki, müğənni çimərliyə qara şalvar, ağ köynəkdə yollanıb. Kerinin artıq çəkilərindən utandığı üçün bikini geyinmədiyi iddia olunur.