Ancelina Coli və Bred Pit boşanma ərəfəsində - "6 uşağın xatirinə..."

Ancelina Coli və Bred Pit boşanma ərəfəsində - "6 uşağın xatirinə..."
7912 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun ən məşhur və ideal cütlüklərindən olan Ancelina Coli və Bred Pitin boşanacağı haqda xəbərlər səngimir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 6 uşaqlı ailənin 10 illik münasibətdən sonra dağılacağı haqda xəbərləri növbəti dəfə də "in Touch" jurnalı və məşhur bloq "Celeb Dirty Laundry" yayıb.

Onlar iddia edir ki, artıq boşanma qərarı verən cütlük bunu açıqlamaq üçün Colinin rejissor olduğu və əri ilə bir yerdə baş rolda oynayacağı "By the Sea" ("Dəniz kənarında") filminin çəkilişlərinin bitməsini gözləyirlər.

Yazılanlar doğru çıxarsa, çəkilişlər noyabrda bitəcək və bundan sonra "Brancelina" boşanmalarını rəsmən elan edəcək. Aktyorun anası Ceyn isə bu evliliyin dağılmaması üçün əlindən gələni edir. O, cütlükdən 6 uşağın xatirinə problemlərini həll etmələrini xahiş edib.

Ailəyə yaxın qaynaqlardan biri deyir ki, Ceyn problemi hər iki ulduzun işlərinin çoxluğu ilə əlaqələndirir. Həm Ancelina, həm də Bred karyeralarına çox vaxt ayırdıqları üçün bir-biri ilə az zaman keçirirlər. Hətta cütlük evliliklərini qurtarmaq üçün psixoloq-terapevtin də yanına gediblər. Bu bir müddət evliliyin uzanmasına səbəb olub.

Qeyd edək ki, tanınmış cütlük keçən il baş tutan toylarından sonra münasibətlərində ciddi problemlər yaşayırlar. Ulduzlar on il əvvəl "Mister və Missis Smit" filmində tanış olublar.

Coli və Pitt isə aylardır yazılan bu xəbərləri nə təkzib, nə də təsdiq edirlər.