Cinsini dəyişən aktrisa dostu ilə barışdı

Cinsini dəyişən aktrisa dostu ilə barışdı
6449 dəfə oxunub
  • A-
  • A
  • A+

Cinsini dəyişərək Rüzgar adını alan aktrisa Nil Erkoçlar prodüser Kutluğ Atamanın yeni filmi üçün dediklərinə aydınlıq gətirib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, verdiyi müsahibədə K.Atamanın yeni filmi üçün gələn təklifi qəbul etmədiyini demişdi.

Dediklərinin dəyişdirilərək yazıldığını deyən Erkoçlar hadisəyə Tvitterdə aydınlıq gətirib:

"Orada "təklif gəldi, ancaq mənə uyğun olmadığı üçün qəbul etmədim" demişdim. Aktyor hər ssenarini qəbul etməli və oynamalı deyil. Kutluğ mənim üçün çox dəyərlidir, dostumdur. Uğurlu işləri ilə mükafatlara layiq görülüb. Ssenarisi uyğun olarsa, sevə-sevə işləyəcəyim bir insandır. Müsahibədəki bəzi fikirlər digər media orqanları tərəfindən dəyişdirilib. Xəbərlərin bu şəkildə çıxması hər iki tərəfi kədərləndirib".

Kutluğ Atamandan isə cavab gecikməyib:

"İlk eşitdiyimdə kədərləndim. Sənin kimi yaraşıqlı bir dəliqanlıya yaraşdırmadım. İnd dediklərinin əslində yalan olmasına sevindim".