Çağla Şikelin çətin anları - fotolar

Çağla Şikelin çətin anları - fotolar
9967 dəfə oxunub
  • A-
  • A
  • A+
Model-aparıcı Çağla Şikel çıxdığı şam yeməyində gərgin anlar yaşayıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, ailə üzvləri ilə restorana yollanan modelin xalası Aysunun halı qəflətən pisləşib.

Təzyiqi qalxan Aysun özündən gedib və başı stola dəyib. Dərhal təcili tibbi yardım işçiləri müayinəyə başlayıblar. Çağlanın xalası xəstəxanaya aparıldıqdan sonra model süni döymə etdirən oğullarının yanına gedib.

O, fanatlarının istəyini yerə salmayaraq onlarla şəkillər də çəkdirib. Buna baxmayaraq, Çağlanın təşviş içində olduğu gözlərdən yayınmayıb.