Nikol Kidman qızları ilə fotosessiya etdirdi

Nikol Kidman qızları ilə fotosessiya etdirdi
3364 dəfə oxunub
  • A-
  • A
  • A+
48 yaşlı aktrisa Nikol Kidman "Vogue" dərgisi üçün fotokamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, Hollivud ulduzu ilə birlikdə qızları 7 yaşlı Sandey və 4 yaşlı Feyt də fotosessiyada yer alıb.

Kidman müsahibəsində həyat yoldaşı Kit Urbandan danışıb:

"Biz yeni həyat qurmaq arzusunda olan və evlənməyi düşündüyümüz ərəfədə tanış olduq. Bir-birimizə çox bağlıyıq, münasibətimizə diqqət ayırırıq.Bizim yeganə amalımız birlikdə olmaqdır. Onu ilk görəndə öz-özümə dedim: "Artıq tək olmaq istəmirəm". Gələcəyə onunla birlikdə addımlamağı arzulayıram".