Tolikdən sosial layihə

Tolikdən sosial layihə
3388 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev (Tolik) sosial layihə hazırlayır.

Bu haqda Axşam.az-a açıqlama verən prodüser bir çox tanınmışın burada yer alacağını bildirib:

“Çox maraqlı bir ideyam var. Bu mənim çoxdankı arzum idi. Misirdə istirahətdə olan zaman qərar verdim ki, onu reallaşdırım. Burada müğənnilər Elton Hüseynəliyev, Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, Sevil və Sevinc bacıları yer alacaq. Onlarla yanaşı özüm də layihədə olacam. Avqustun axırında reallaşdırmağı düşünürəm. O vaxta kimi isə bir neçə müəssisə ilə danışmalıyam. Geyimlər var ki, onlara görə icazə almalıyam”.