Dünən Harbiye Cemil Topuzlu səhnəsində müğənni Murad Dalkılıçın konserti olub.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, konsert verilən məkana motosikleti ilə gələn Murad səhnədə mərhum müğənni Kayahanı da anaraq onun repertuarına müraciət edib.
Gecənin ən böyük sürprizi isə Dalkılıçən yaxın günlərdə evlənməyə hazırlaşdığı aktrisa Merve Boluğura özəl olaraq yazdığı mahnını ilk dəfə səsləndirməsi olub. Həmin anlarda Merve göz yaşlarını saxlaya bilməyib.
Qonaqlar arasında aktrisa Pelin Karahan və Bedri Güntay cütlüyü, "Qalatasaray"lı futbolçu Selçuk Şahin və həyat yoldaşı var idi.