Tahir İmanov İzzəti filmə çəkir - fotolar

Tahir İmanov İzzəti filmə çəkir -  fotolar
2085 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırov əməkdar artist Tahir İmanovun yeni filmində rol alıb.

Axşam.az-ın məlumatına görə, bu haqda ifaçı sosial şəbəkədə yazıb. O, çəkiliş məkanından şəkillərini paylaşaraq, bunları qeyd edib:

“Tahir İmanovun yeni filminin çəkiliş məkanından isti görüntülər. Mənim əzizlərim, mən də bu filmdə rol almışam. Hazırda çəkilişlər gedir”.

Qeyd edək ki, T.İmanovun imicini dəyişməsi də diqqət çəkib. Belə ki, "Bakılı oğlanlar” komandasının üzvü bığ buraxıb.