Aşıq Samirə Əliyeva tədbirlərin birində fotokameramız qarşısına keçib, şəkillər çəkdirib.
Axşam.az-ın məlumatına görə, sənətçinin xeyli arıqlaması diqqətdən qaçmayıb.
“Məqsədim daha da arıqlamaqdır. Səhnəyə uyğun formada olmalıyam. Bir də sağlamlığım üçün lazımdır" deyə, o, bildirib.
Yay istirahətindən danışan Samirə Azərbaycanda dincəldiyini deyib:
“Bu il xaricə getmək istəmədim. Efirdən, internetdən uzaq dincəldim. Başa düşdüm ki, əsl istirahət necə olurmuş. Yenidən dünyaya gəlmiş kimiyəm. Enerji toplamışam. Payız mövsümündə yeni layihələrimi təqdim edəcəm”.