Vaqif və Samirə cütlüyünün yay istirahəti – fotolar
Ölkə
13:09 / 18.08.15
6584dəfə oxunub
A-
A
A+
ATV-nin aparıcıları Vaqif Aydınoğlu və Samirə Mustafayeva yay istirahətinə yollanıb.
Bodrumda dincələn cütlük fotolarını Axşam.az-a təqdim edib.
Vaqif və Samirə cütlüyü qızı Nuranı da özü ilə aparıb.
İstirahətindən bəhs edən S.Mustafayeva bunları deyib:
“Bu il istirahətimiz çox gözəl keçdi. Üç gün İstanbulda qaldıq. İstanbulu hər səfərimdə daha çox sevirəm. Bu şəhər yatmır, sönmür. Amma düşünürəm ki, burada uzunmüddətli yaşaya bilmərəm. İnsanları çox rahatdır, bir-birlərinə diqqət etmirlər. Nə geyinirlər, nə edirlər fikir verən yoxdur. Qadınlarda gözəllik, zəriflik itib. Özlərinə fikir vermirlər. Daha sonra Bodruma yollandıq. Oteldə çoxlu azərbaycanlı var idi. Zövq aldıq. Türkiyəli məşhurlar da oteldə qalırdı. Türkiyədə adi jurnalist belə məşhur hesab edilir. Çünki insanlar səhəri qəzetlə, kitabla açırlar”.