İki Hollivud ulduzunun sadə tətili - fotolar

İki Hollivud ulduzunun sadə tətili - fotolar
3220 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun iki məşhur ulduzu Salma Hayeklə “Some Kind of Beautiful” filmindəki tərəf müqabili Pirs Borsnan ailələri ilə birlikdə tətilə çıxıblar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhurlar Havay adalarında dincəlirlər. Salmanın həyat yoldaşı Fransis Henri Pinoultla Pirsin xanımı Kili Şey Smis də çimərlikdə olublar. Ulduzlar bir çox dünya məşhurundan fərqli olaraq sadə tətilləri ilə seçiliblər.

48 yaşlı aktrisa isə bədən quruluşu ilə diqqət çəkib. Salma qızı Valentinaya əsəbləşərək komplekssiz olaraq çimərlikdə qışqırmağa başlayıb.

Tanınmışlar daha sonra ailələri ilə birlikdə yaxta gəzintisinə çıxıblar.