Aktyor Halit Ergenç dünən qardaşının zəhərlənməsindən sonra növbəti dəfə xəstəxanaya gedib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, bu dəfə təcili yardıma eyni səbəblə həyat yoldaşı Bergüzar Koreli aparıb.
Aktrisa "trakonya" balığından zəhərlənib. O, istirahət etdikləri Ege və Mərmərə dənizində olan bu zəhərli balığı tapdalayıb.
Dünən qardaşını buraya gətirən H.Ergenç yenə də paparassilər tərəfindən görüntülənib. Xəstəxanadan çıxarkən media əhlini görən cütlük "sizin necə xəbəriniz oldu" deyə təəccübləniblər. Bergüzar ayaqqabısını da çıxararaq həyat yoldaşının köməyi ilə məkanı tərk edib.