Aktrisa Burcu Kara və "Arkadaşım hoşgeldin" proqramının məşhur "Yönetmen" obrazı Fırat Doğu Parlak yemək yeyərkən media nümayəndələri ilə rastlaşıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iki saat qaldıqları məkandan əl-ələ çıxan cütlük evliliklə bağlı cavabsız buraxıb.
Digər tərəfdən Karanın sağ əlindəki üzük "ailələr tanışıb, evliliyə hazırlıq gedir" iddialarını gücləndirib
Xoşbəxt cütlük ilk dəfə idi ki birgə görünürdülər.
Qeyd edək ki, B.Kara və F.D.Parlak "Arkadaşım hoş gəldin" proqramında tanış olublar.