Topçubaşovla bağlı maraqlı layihə - fotolar

Topçubaşovla bağlı maraqlı layihə -  fotolar
1318 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Media Mərkəzi “Qərib məzarlar” adlı layihə üzərində işləyir.

Axşam.az-ın məlumatına görə, layihə çərçivəsində Əlimərdan bəy Topçubaşovun başçılığı ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin qəribə taleyinə həsr olunmuş sənədli film hazırlanacaq.

Paris, Moskva, Peterburq və Tbilisi arxivlərində saxlanılan sənədlər əsasında hazırlanan filmin məqsədi əbədi ezamiyyət əzabı yaşayan soydaşlarımızın Azərbaycanın müstəqilliyi naminə yerinə yetirdikləri tarixi missiyanın əhəmiyyətini göstərməkdir.

Bundan başqa layihə çərçivəsində nümayəndə heyətinin üzvləri, eləcə də bu və ya digər səbəblər üzündən Fransada mühacir həyatı yaşamağa məhkum olunmuş digər soydaşlarımız haqqında kitab-albom nəşr etmək də planlaşdırılır.