Soçidə “Yeni dalğa” musiqili yarışmanın final mərhələsi baş tutub.
Axşam.az-ın məlumatına görə, müsabiqənin qala gecəsində rus estradasının tanınmış simaları çıxış edib. Gecənin musiqili qonaqları arasında müğənni-bəstəkar Emin də yer alıb. O, tədbirdə sevilən mahnılarını səsləndirib.
Qeyd edək ki, “Yeni dalğa”ya bu il 12 ölkədən 15 iştirakçı qatılıb. Hər il Yurmalada keçirilən müsabiqə bu dəfə Soçidə baş tutub.