Tanınmışlar səhhəti pisləşən əməkdar artist Gülnarə Salmanovanı ziyarətə gedib.
Axşam.az-ın məlumatına görə, aktrisaya yardım kampaniyası keçirilib. Süd vəzi xərçəngindən və dializdən əziyyət çəkən G.Salmanovaya baş çəkənlər arasında əməkdar artist Kubra Əliyeva, aparıcı İradə İsaq, "Qızıl Aypara" cəmiyyətinin nümayəndələri yer alıb.
İ.İsaq aktrisanın fotolarını sosial şəbəkədə paylaşaraq yazıb:
“İnşallah Gülnarə xanımı ayağa qaldıracağıq. Onun yardıma ehtiyacı var. Bu işi ona görə etmədik ki, təriflənək, reklam olunaq. Gülnarə xanımı tək, çarəsiz qoya bilmədim. Məqsədimiz pul yığmaq deyil. Gülnarə xanımın hər şeyi var, prezident mükafatı, maaş alır. Sadəcə ona baxıb, qayğısına qalan yoxdur. Ev şəraitində qalsa, baxıcı, xəstəxanada müalicə alsa, həftədə üç dəfə aparıb-gətirəcək sürücü, ya da onun tezliklə dövlət xəstəxanasına köçürülməsi lazımdır”.