Pop ulduz Beyons “Beat” jurnalına müsahibə verib və fotosessiya etdirib.
Axşam.az-ın məlumatına görə, 2013-cü ildən heç bir dərgiyə müsahibə verməyən müğənni sualları qısa cavablandırıb. O, sevdiyi mahnının Kim Burellin “Holy Ghost” (“Müqəddəs ruh”) bəstəsi olduğunu, “Netflix” serialını izləməyi və dincəlməyi çox sevdiyini deyib.