İtaliyalı aktrisa Monika Belluççi Roma Film Festivalına qatılıb.
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, “Ceyms Bond” filminin yeni ulduzu eleqant geyim tərzi ilə diqqət çəkib. 2 uşaq anası olan 51 yaşlı aktrisa qara, üstü ağ güllü libasda olub.
Saçlarını açıq saxlayan Monika sadə makiyaj edib və “Christian Louboutins”dan olan qara ayaqqabılara üstünlük verib.