29 yaşlı məşhur italiyalı model Byanka Balti fransız jurnalı “Elle” üçün soyunub.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Balti bir neçə gün öncə jurnal üçün çəkdirdiyi şəkillərin bir qismini “Twitter” hesabında paylaşıb. Bu gün isə bütün şəkillər artıq internetə yayılıb.
O, şəkillərdə bir neçə məşhur modelyerin geyimlərini nümayiş etdirərək yay fotosessiyasını həyata keçirib.
Qeyd edək ki, Byanka Baltinin atası italiyalı, anası isə azərbaycanlıdır.