“Bu cür yaşamağıma paxıllıq edirlər” - Umka

“Bu cür yaşamağıma paxıllıq edirlər” -  Umka
5615 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gündür açıq-saçıq fotoları ilə gündəmə gələn ANS telekanalının keçmiş aparıcısı Umnisə Hacıyeva açıqlama verib.

Axşam.az-ın 1news.az saytına istinadən verdiyi məlumata görə, o, çəkdirdiyi fotoların mediada yayılmasına pis olmadığını deyib:

“Şəkillər yayılan ərəfədə heç nədən xəbərim olmayıb. Ad günümü qeyd edirdim, “Facebook” səhifəmə ismarışlar gəlirdi. Heç birini oxumurdum, düşünürdüm ki, hamısı spamdır. Yeganə oxuduğum ismarış rejissor Aqil M.Quliyevin “Mən sənə dəstək oluram” sözləri idi. Göndərdiyi linkə baxanda nə baş verdiyini başa düşdüm.

Şəkillərimin mediada yayılmasına pis olmadım, məni onun hansı formada oxucuya çatdırılması narahat etdi. İlk növbədə ailəmi düşündüm. İstəmirəm ki, ailəm yazılan şərhləri oxusun. Məni ANS-in “əxlaq gözətçiləri”nin internetdəki açıqlamaları maraqlandırmır.  Öz həyatımı yaşayıram, heç kimin işinə qarışmıram. Kompleksləri olmayan biriyəm, sakit yaşamağı sevirəm. Məni üzən tək şey, bütün bu təhqirləri qızların yazmasıdır. Onlar ya mənim bu cür yaşamağıma paxıllıq edirlər, ya da işləri-gücləri yoxdur.  Mən Azərbaycanda yaşayıram, amma içimdə “kiçik Avropa” var. Olduğum kimi davranmağı xoşlayıram”.

“Umka” ləqəbi ilə tanınan aparıcı yaxın günlərdə çimərlik geyimində yeni fotosessiya edəcəyini deyib:

“Əvvəlcə xəbəri yayan saytı məhkəməyə vermək istədim, amma sonra fikrimdən daşındım. Mən işdən öz istəyimlə çıxdım, Kiprə istirahətə yollandım. Yerimə başqa bir aparıcını məsləhət gördüm. Kiprdə olan zaman ANS-dən zəng vurub, geri qayıtmağımı istədilər.  Əgər işdən qovulsaydım, gözətçi qapıdan içəri buraxmazdı. Məni istirahətə göndərdiklərini dedilər. İndi isə işdən çıxardıqlarını bəyan ediblər. Hər kəs öz həyatına, yaşayışına fikir versin. Başqasının işinə qarışmasın. Görəsən, nə etmişəm ki, ANS rəhbərliyi məni mentalitetə uyğun olmayan formada davranmaqda günahlandırır? Çimərlik geyimində şəkil çəkdirib, İnstaqramda paylaşmışam. Burada pis nə var ki?”.