Ötən həftə şəhərimizin qonağı olan türkiyəli müğənni Ajda Pekkanı məhkəməyə veriblər.
Axşam.az-ın məlumatına görə, KVK baş direktoru Bülənt Çavuşoğlunun həyat yoldaşı Tuğçə Çavuşoğlu Ajdaya qarşı 250 min lirəlik təzminat davası açıb.
Həyat yoldaşının müğənni ilə eşq yaşadığı xəbərlərindən təngə gələn Tuğçə insanların onu ələ saldığını, utandığından evdən çıxa bilmədiyini deyib.
Qeyd edək ki, Ajda Pekkanla Bülənt Çavuşoğlu işbirliyi zamanı tanış olublar. Aralarındakı səmimi münasibət medianın diqqətini çəkib. Tuğçə həyat yoldaşının telefonunda Ajda Pekkanın ona yazdığı sevgi mesajlarını gördükdən sonra boşanmaq qərarına gəlib.
Ajda Pekkanın 67, Bülənt Çavuşoğlunun isə 44 yaşı var.