Türkiyənin məşhur “Hürriyət” qəzeti xalq artisti Aygün Kazımovanın repçi Snup Doqla əməkdaşlığı haqda xəbər hazırlayıb.
Axşam.az-ın məlumatına görə, “Azərbaycandan Los-Ancelesə” başlıqlı yazıda bildirilir ki, cütlük “Coffee From Columbia” dueti üçün kamera qarşısına keçib.
“Sinql 16 iyulda İtunes başda olmaqla bir çox dijital platformada, 14 avqustda isə bütün musiqi marketlərdə satışda olacaq” - deyə xəbərdə qeyd olunub.