Müğənni Çingiz Mustafayev Yurmalada keçiriləcək “Yeni dalğa” (Novaya volna) festivalında iştirak etmək üçün Riqaya yollanıb.
Axşam.az-ın məlumatına görə, bir neçə gündür festivalda məharətini göstərən sənətçi yarışma ilə bağlı fikirlərini sosial şəbəkədəki profilində paylaşıb:
“Artıq Riqaya gəldik. Qırmızı xalçadan keçib, müsahibələr verdikdən sonra Yurmalaya yola düşdük. Məşqlər edirik. Burada baş rejissor Aleksandr Revzin məsləhətlərinə qulaq asıram. Bu müsabiqənin bir hissəsi olmaq qürurvericidir”.
Qeyd edək ki, Çingiz festival çərçivəsində tanınmış rusiyalı ifaçı Polina Qaqarina ilə duet oxuyacaq.