Eminin Bakı konsertində anşlaq (Foto)

Eminin Bakı konsertində anşlaq  (Foto)
1978 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur müğənni-bəstəkar Emin ötən həftə Bakıda iki konsert verib.

Axşam.az-ın məlumatına görə, ifaçının “Sea Breeze” istirahət mərkəzində baş tutan konserti anşlaqla keçib.

Belə ki, gecəyə müğənninin mindən çox pərəstişkarı qatılıb. Maraqlı anların yaşandığı, fərqli şoularla yadda
qalan gecədə ifaçı “Amor” sinqlını təqdim edib.

Konsertdə qonaqlar “Eurovision” təmsilçimiz Fərid Məmmədovun çıxışını da izləyib. O, məşhur “Hold me” mahnısını ifa edib.

Çıxışı ərzində pərəstişkarları Eminə müxtəlif hədiyyələr bağışlayıb.